Tesla ABŞ-da 363 min avtomobili geri çağırır

Tesla 363 min avtomobili geri çağırır

Proqram təminatında aşkar olunmuş nöqsanlar təhlükəsizliyə risk yarada bilər.

Tesla şirkəti ABŞ-da “Full Self Driving” proqram təminatı ilə təchiz olunmuş bütün avtomobilləri geri çağırır. Bu proqram təminatı şirkətin biznes modelinin əsasını təşkil edir.

Hazırki vəziyyətində “Full Self Driving” yerli yollarda sürətlənmə və tormoz da daxil olmaqla, müstəqil, sürücüsüz idarəetməni təmin edir. Lakin qeyd olunur ki, sistem xətalar verə bildiyindən, sürücü daim idarəetməyə müdaxilə etməyə hazır olmalıdır. Yollarda TƏhlükəsizlik agentliyi bildirir ki, sistem bəzi yol hərəkəti qaydalarını pozur, əsassız riskə yol açır və təhlükəli vəziyət yaradır. 

“Full Self Driving” Teslanın 4 modelinin hər birində tətbiq olunur və roblemə onların hamısında rast gəlinib. 

Tesla maşınları "geri çağırmaq" frazası ilə razılaşmayaraq bildirib ki, sadəcə olaraq naqilsiz proqram təminatı yenilənməsi vasitəsilə xətanı aradan qaldırmağa çalışacaq. 

 

17.02.2023

Tags: tesla ,