Türkiyədə "zəlzələ vergisi"nin dərəcəsi artırılıb

Türkiyədə "zəlzələ vergisi"nin dərəcəsi artırılıb

Türkiyədə özəl rabitə vergisinin dərəcəsi 7,5 faizdən 10 faizə qaldırılıb. Bu vergi 1999-cu ildə baş vermiş zəlzələdən sonra təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım məqsədilə müvəqqəti tətbiq olunmağa başlamış, 2003-cü ildən isə daimi tutulması qərara alınmışdı.

Prezident sərəncamı ilə dərəcəsi artırılmış özəl rabitə vergisi aşağıdakı sahələri əhatə edir:

  • hər növ mobil elektron xəbərləşmə xidmətləri;

 

  • radio və televiziya yayımlarının peyk platforması və kabel mühitindən ötürülməsi ilə bağlı xidmətlər;

 

  • kabelli, kabelsiz və mobil internet servislərini təmin edən xidmətlər;

 

  • digər elektron xəbərləşmə xidmətləri.

Mənbə: vergilər.az

04.02.2021

Tags: